Taleh Zəfərli “Teleqraf”dan getdi

taleh şahsuvarlı

Artıq məlumat yayıldığı kimi, “Gündəlik Teleqraf” qəzeti öz fəaliyyətini dayandırıb. Qəzetin önəmli simalarından biri, tanınmış jurnalist Taleh Zəfərli bununla birlikdə “Teleqraf” holdingdən ayrılıb. Taleh bəy bu haqda özünün facebook statusunda yazıb. xural.com olaraq statusu olduğu kimi təqdim edirik:

“Hörmətli dostlar! “Gündəlik Teleqraf” qəzeti öz fəaliyyətini dayandırdığı üçün bu gün 01.03.2012-ci ildən bəri çalışdığım, hər zaman nüfuzunu və maraqlarını qorumağa çalışdığım, bunun üçün əlimdən gələni əsirgəmədiyim holdinqdən ayrılmaq qərarına gəldim. Qəzet fəaliyyətini dayandırsa da, Teleqraf. portalı öz fəaliyyətini davam etdirəcək. Lakin on-line sistemdə işləmək başlamış olduğum romanı bitirmək, özümə və ailə üzvlərimə zaman ayırmaq baxımdan mənə münasib deyil. Bilirəm ki, necə deyərlər, mənim əskim tüstülüdür, odur ki, çoxlu söz-söhbət yayılacaq. Ona görə də bəribaşdan deyim ki, holdinqin rəhbərliyi ilə bu günə qədər aramda heç bir sorun olmayıb, indi də yoxdur, gələcəkdə də olmayacaq. Hörmətli Aynur Camal işdə qalmağım üçün ən optimal təklifləri verdi. Biz Azərbaycanda ən yaxşı, dedi-qodudan uzaq, heç bir daxili intriqaya imkan yaratmayan kollektiv olmuşuq. Bu kollektivlə fəxr edirəm! Bundan sonrakı fəaliyyətində hər kəsə uğurlar diləyir, hər birinə şəxsi və ictimai həyatında nailiyyətlər arzulayır, “Gündəlik Teleqraf” MMC-yə daxil olan və yaşayan portalların xəbər məkanında öz mövqeyini daha da gücləndirməsini arzu edirəm! Haqqınızı halal edin, haqqım halalınız olsun!”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button