Tanınmış iqtisadçı SOCAR-ın hesabatındakı müəmmalı 1,3 milyard manatdan yazdı

Tanınmış iqtisadçı Qulu İbrahimli SOCAR haqqında maraqlı bir status yazıb. Q.İbrahimli starusunda SOCAR hesabatındakı müəmmalı 1.3 milyard manatdan bəhs edib. Statusu xural.com olduğu kimi təqdim edir:

 

SOCAR-ın 2016-ci il maliyyə hesabatını səhərədək nəzərdən keçirdim.

Deputat İqbal Məmmədova verdiyim sözü tutub, bəzi rəqəmlər əsasında həmin hesabatı büküb “Barmek” prinsipini mənimlə aparanların gözünə soxacağam.

Milli Məclisin deputatı İqbal Məmmədovla aramızdakı bu ilin fevral ayının 11-də, şənbə günü saat 11 radələrindəki mənə olan borcunu tələb etdiyim 1 saatlıq növbəti telefon danışığında deputat inkarçı və həyasız mövqe ortaya qoydu və mənə güc nümayiş etdirdi (apreldin 30-dakı telefon danışığı ayrıdır). Dedi ki, məhkəməyə, hara istəyirəm şikayət edim. Nəzərinə çatdırdım ki, illərlə borcunu ödəməməklə məndən “Barmek”in qısasın alır və mən “Barmek”i yoxlayarkən, 27 yaşım var idi, indi 40 yaşım var. Nə onun, nə də onu himayə edənlərin məndən “Barmek” qisasını almağa həddi çatmaz.

Dedim ki, bir azdan illik dövlət büdcəsinin icrası, Mərkəzi Bank və s. hesabatlar, o cümlədən də SOCAR-ın illik hesabatları dərc olunacaq. Məhkəmələrə, şikayətlərə vaxt itirməyəcəyəm. Dərc olunan hesabatlardan hansınısa büküb onun və “Barmek” prinsipi aparan dövlət tərbiyəsi görməmiş himayəçilərinin gözünə soxacağam. Bu ölkədə mənimlə “Barmek” prinsipini aparan kişi olmaz, olsa-olsa İqbal Məmmədov olar.

Aprelin 30-da borcumu tələb etdiyim mesajdan dərhal sonra mənə zəng vuraraq məni təhqir etməsini ictimailəşdirəndən sonra İqbal Məmmədov həyasızca Milli Məclisin blankında DİN-ə məndən şikayət mətni yollayıb. Guya tanımadığı “Qulu İbrahimli” tərəfindən təhqir olunduğu, həyatına təhlükə olduğu və təhlükəsizliyinin təmin olunması, barəmdə tədbir görülməsi bildirilib.

Məhz mənim aşkar etdiyim faktlar və tərtib etdiyim arayış əsasında “Barmek”in hesablarındakı vəsaitlərə həbs qoyulub. Həmin vəsaitlər hesabına indiki “Azərişıq” çox böyük işlər görüb. Hüseyin Arabulun xaricdən gətirdiyi ekspertlərlə mən üz-üzə durmuşam. Yoxlamadan sonra isə həm də təhvil-təslim prosesini, sənədlərin tərtibini mən aparmışam. İmzalarım var təhvil-təslim sənədlərində. İnvestisiyalar və “İdarəetmə müqaviləsi”nə əməl edilməsi vəziyyəti barədə əsas götürülən şərhləri bu əllərimlə yazmışam.

O vaxt müxtəlif dövlət qurumlarının neçə-neçə yoxlamasından sonra mən cəlb olunmuşdum yoxlamaya və 27 yaşım var idi, indi 40 yaşım var. Mən heç o vaxt qorxmadım heç kimdən. Yenə formadayam, daha da püxtələşmişəm. Bəli, İqbal Məmmədov kimi adamlar həyatlarına təhlükə hiss etməyə tam haqlıdırlar, vaxt gələndə cavab verəcəklər. Dövlətin vəsaitlərinin yenə keşiyində olduğumu hesab edirəm.

SOCAR-ın hesabatının linkini şərhə atıram. Xahiş edirəm dostlar həmin pdf faylın yükləyib özündə saxlasın. Sonra hesabatı dəyişib, məni də rəqəmləri uydurmaqda ittiham etməsinlər.

Məni tanıyanlar, xüsusən “Naxçıvan çuxuru” cənab Rövnəq Abdullayevi dövlət xadimi kimi gördüklərini deyirlər və məni də buna inandırmağa çalışırlar. Mən də buna inanmaq istəyirəm. İqbal Məmmədov kimi şəxsi yallandırmaqdansa, ətrafında savadlı mütəxəssislər saxlasın, heç olmasa audit hesabatının qaralamasına yaxşı baxardılar. İlkin olaraq hesab edirəm ki, audit hesabatında texniki səhv olub, ona görə ətraflı bəhs etmirəm. Əgər səhv deyilsə, onda mənim suallarım olacaq ki, onlara cavab vermək üçün bir nəfər çıxartsınlar ortaya. Texniki səhv olmasa, ətraflı yazı ilə bəhs edəcəyəm.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button