Tanınmış jurnalist İlqar Vəliyevə qarşı terror aktı

Əvəz Zeynallı

Tanınmış və vicdanlı jurnalistlərdən Ilqar Valiyev-ə bir neçə ay əvvəl verilən işgəncənin şəkilləri yayılıb. İlqarı ordumuzun mənsubları vəhşicəsinə döyüblər. Bu işgəncə faktı qeydsiz-şərtsiz araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır, buna söz yox, məni incidən başqa təfərrüatdır.

22089559_1463186413735855_5824781231465977442_n

Aman Tanrım, bu millətin balaları deyilikmi? Bir Vətənin övladları deyilikmi? Bu qədər amansızlıq, bu qədər kin, nifrət nədən?!

22196400_1463186487069181_4564018262933454833_n.jpg

Jurnalistin gözünü bağlamaq, onun üstündən keçmək, onu ayaqlarının altında əzmək nə demək? Bu Vətən hamımızın deyilmi?!
İçimiz bir-birimizə qarşı nə qədər kinlə dolub?! Halbuki cəmi bu bəlalı dünyada – şimalda 10 milyonuq, qohum-əqrəbayıq hamımız…

Dərin bir utanc içindəyəm, Ilqar! Səni dəstəkləyir, əlləri qurumuş və hərbçi paltarı geyinən o terrorçuları şiddətlə qınayıram!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button