Tanınmış jurnalist polislər tərəfindən əsassız olaraq yoxlanıldı

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar CəmiyyətiPolislər tərəfindən əsassız yoxlamaya məruz qalan Ağanisə Sultanova başına gətirilənlərdən hiddətlənərək, bir daha Azərbaycan prezidentinə müraciət etdi: “16 yaşımdan bu Dövlətə, Milli Maraqlarımıza, Cənab Prezidentin apardığı siyasətə xidmət etmişəm!”

xural.com-un əldə etdiyi məlumata görə,  AzTV-nin İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının keçmiş əməkdaşı, tanınmış jurnalist Ağanisə Sultanova öz Facebook səhifəsində qanunsuz olaraq işdən çıxarılması azmış kimi, şirkətin qapısının ağzında polislər tərəfindən əsassız yoxlamaya məruz qaldığını yazıb:

aganise2“Əziz Dostlar, son durumu diqqətinizə çatdırıram, artıq nəfəs belə ala bilmirəm. 9 ildir həftənin 7 günü işlədiyim AzTV-nin qapısından çıxanda polislər saxladılar. Üzr istəyib, dedilərki, biz utanırıq, amma rəhbərlik tapşırdığı üçün çantanızı yoxlayıb, telefonla şəkillər çəkməliyik, yoxsa bizi işdən qovacaqlar(?). Tesevvür edirsinizmi, 4 televiziyaya (İTV-de daxil) rəhbərlik edən AzTV sədri Arif Alışanovun hərəkətinə yəqinki, 1937-ci ildə də rast gəlinməyib. Blaknot, kitab, qələm və bura gəldiyim gündən reportajlarımı köçürdüyüm, öz pulumla aldığım şəxsi kasetim, qəzet və s. Kasetimi aldılar ki, baxılmalıdır, tapşırıq belədir(?). Sonra da dedilərki, xahiş edirik sabah səhər vəsiqəni qapıya gətir, səhər təhvil verməsək işimizi itirərik(?). Sizə həmişə böyük hörmətimiz olub, utanırıq, tapşırlğ belədir(?). Dönə, dönə üzr istəyən polisləri yaxşı anladım, amma evə necə gəlib çıxdığımı bilmədim. Qrup yoldaşım jurnalist Aygün Muradxanlı məni həmkarlarımdan dəstək istəməkdə günahlandırır(?). Kimisə dəstək verməyə məcbur etmirəm, amma 16 yaşımdan bu Dövlətə, Milli Maraqlarımıza, Cənab Prezidentin apardığı siyasətə xidmət etmişəm! Bu gün, daha doğrusu, 2 ildir ki, AzTV sədri Arif Alışanovun ədalətsizlikləri ilə bağlı Cənab Prezidentə Müraciətimə görə mənəvi terrorla üz-üzəyəm, ötən il maşın qəzasından sonra aldığım xəsarətin fəsadı özünü göstərir! Cənab Prezident son ümidim Sizə, Sizin Ədalətinizədir, xahiş edirəm, jurnalist, vətəndaş kimi hüquqlarımın bərpa olunmasında yardım edin! Arif Alışanovun fironluğuna son qoymağınızı xahiş edirəm, artıq nəfəs ala bilmirəm.
Ağanisə Sultanova”

Bir neçə saat əvvəl jurnalist prezident İlham Əliyevə və ictimaiyyətə müraciət edərək, AzTV rhbərliyi tərəfindən haqsızlığa uğradığı və əsassız olaraq işdən azad edildiyi üçün ona dəstək verməsini xahiş etmişdi.

https://www.xural.com/?p=25326

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button