Tanınmış siyasətçi “Qaynar Qazan”a münasibət bildirdi

memmed elizade

Demokratik Azərbaycan Dünyası Partiyasının sabiq sədri Məmməd Əlizadə Fazil Mustafanın “Qaynar Qazan”da müsahibəsinə fikir bildirib. Məmməd Əlizadənin müsahibənin şərh bölümünə yazdığı şərhi Oxucularımıza təqdim edirik:

“Hörmətli Əvəz bəy, Sizin apardığınız ictimai-siyasi mübarizə, qarşıya qoyduğunuz məqsədə çatmaq yolunda problemə yaradıcı yanaşma, milli maraqların təəssübkeşi kimi münasibət bildirməniz ancaq və ancaq hörmətə, ehtirama layiqdir…
Xalqımız müdrik xalqdır. Tarix boyu o yaxşını pisdən, ağıllını nadandan məharətlə seçən xalqdır. Biz indi babalarımızın, öndərlərimizin bizə miras qoyduğu, lakin son illərdə bu haqqı bilərəkdən unudaraq nəyinsə xatirinə bu müqəddəsliyi qurban verən yolla deyil, bizə qoyulan haqq yolu ilə getməliyik. Düşüncəsinə üstünlük vermək həmin şəxsləri tarixin yaddaşında hörmətlə yad ediləcəklərini şərtləndirir. Savad, təhsil görünür kifayət etmir ki, obyektiv olasan. Mən Fazil bəylə olan müsahibələrlə tanış oldum, razı olmadığım məqamlar, münasibətlərlərlə yanaşı, çox ciddi məsajlar da kifayət qədərdir. Bir məsələ dəqiq və sərrast olardı o mənada ki, hər bir hadisənin, faktın bağlı olduğu obyek düzgün, dəqiq adı ilə vurğulansın. Kimdir millətin başına gətirilən bəlalarda günahgar? Çiynimizdə daşıdığımız yükə çürük ideoloji elementləri qatanları unutmaq olarmı? Onları düşüncələrimizin kölgəsində gizlətmək olarmı? Milli Azadlıq hərəkatından bizlərə, gələcəyə ərməğan kimi təqdim edilənlərə şər, böhtan, mənasız tənqidlərə yol vermək olarmı? Olmaz.
Belə də deyək ki, ötənləri unutmaq, yaddan çıxarmaq özünü inkar etməkdir. Keçmişsiz bu gün, bu günsüz gələcəyin varlığının dərk edilməməsi insandan kənarda mücərrəd bir varlıqdır. Sonda bir xatırlama: Liderin şəxsiyyət bütövlüyünü dolğunlaşdıran, onu müdriklik, aqillik, kamillik zirvəsinə qovuşduran amillərdən biri də “cəmiyyət üçün əyri addım atanı cəmiyyətdə görmək istəmir!” düşüncəsinə üstünlük verməsidir.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button