Tanınmış teleaparıcı “Unibank”ı biabır etdi -FOTOFAKT

Məşhur aktrisa və teleaparıcı Tunay Əliyeva “Unibank”ı biabır edib.
xural.com AZXEBER.COM-a istinadən xəbər verir ki, teleaparıcı bu haqda sosial şəbəkədə yazıb.  O qeyd edib ki, “Unibank” heç bir xəbərdarlıq etmədən “Albalı Kart”ı bağlayıb:  “Mən bu yaşıma qədər “Unibank” kimi müştərilərinə tərbiyəsizlik, hörmətsizlik, hüquqlarını tapdalayan ikinci bank görməmişən. Deməli götürüb Albalı kartı və üzvlük kartını bağlayıblar. Getmişəm deyirəm kartlarım niyə işləmir? Deyir manatın düşməsilə əlaqədar bank belə qərara gəlib. Deyirəm qardaş bunu bağlayanda müştəriyə niyə xəbər etmirsiniz ki, kartınızı bağlayırıq? Bəlkə kimsə planlarını bu kart üzərində qurub? Bu sualıma cavab olaraq isə, bankın filial müdiri “pul bizimdir , əvvəl verirdik, indi vermirik. Özümüz bilərik cavabını verdi. Bu hegemonluğu, tərbiyəsizliyi etməməlidir axı bank. Vətəndaşların hüquqları pozulur axı”.
Qeyd edək ki. bu “Unibank”la bağlı ilk şikayət deyil. Bundan öncə də müştərilər dəfələrlə bankdan şikayət edib. Amma görünən odur ki, bank rəhbərliyi öz inadından dönmək fikrində deyil.
Qarşı tərəfin də fikrini yayımlamağa hazırıq.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button