TAP-ın bir hissəsini bu şirkət inşa edəcək

TAP-2

“Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə İtaliyanın “Saipem S.p.A” şirkəti ilə kəmərin dəniz hissəsi üçün mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) müqaviləsi imzalanıb.

TAP-ın Adriatik dənizində keçəcək 36 düyümlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə və təqribən 105 kilometr uzunluğunda olacaq. Müqavilə (mikro tunel daxil olmaqla) Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatı və quraşdırılmasını əhatə edir. İzolyasiya edilmiş 36 düyümlük borular və digər qurğular TAP tərəfindən təmin ediləcək.

Uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button