Tarif Şurası: Dolların məzənnəsi düşəndə dərmanlar ucuzlaşacaq, qalxanda bahalaşacaq

“Dərman vasitələri üzrə son qiymət tənzimlənməsi 2016-cı ilin 28 noyabr tarixində həyata keçirilib və dərman vasitələrinin qiymətləri manatın o vaxtkı məzənnəsinə uyğunlaşdırılıb. O zamanı manatın dollara nisbətdə məzənnəsi 1,7196 olub”.

APA-nın xəbərinə görə, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib.

İ. Məcidov qeyd edib ki, bugünkü məzənnə 1,7196-dan bir qədər yuxarıdır: “28 noyabrdan sonra məzənnənin bundan aşağı həddi görülməyib. Qanunvericiliyə görə məzənnə bundan aşağı düşdüyü zaman dərmanların qiymətləri aşağı salınacaq, məzənnə yuxarı qalxdığı zaman isə qiymətləri yuxarı qaldırılacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button