Tatyana Geltman: “Azərbaycanın aqrar sektorunun infrastrukturu və istehsal texnologiyası olduqca aşağı səviyyədədir”

kənd təsərrüfatı k t

“Azərbaycan Avropaya xurma ixrac edən ölkələrin siyahısına liderlik etməyi bacarıb. Bundan başqa, Azərbaycan Şərqi Avropaya nar ixrac edən ölkələrin siyahısında da öncül yerləri tutur. Bütün bunlara baxmayaraq, hazırda Azərbaycanda meyvə-tərəvəz bazarının inkişafını əngəlləyən bir sıra problemlər var”.

 “APA-Economics” xəbər verir ki, bu barədə Bakıda keçirilən Kənd təsərrüfatı konqresində çıxışı zamanı beynəlxalq ekspert Tatyana Geltman deyib.

Onun sözlərinə görə, Azərbaycan meyvə-tərəvəz bazarının inkişaf etdirilməsi üçün bir sıra üstünlüklərə malikdir ki, bunlardan biri də əlverişli coğrafi mövqeyidir:

“Bu, azərbaycanlı fermerlərə ildə bir neçə dəfə məhsul yığmağa və satış sezonunun uzadılmasına imkan verir”.

Ekspert bildirib ki, son illər yerli bazar iştirakçıları aktiv şəkildə logistika infrastrukturuna investisiya yatırır:

“Buna baxmayaraq, infrastruktur və istehsal texnologiyası olduqca aşağı səviyyədədir. Bu səbəbdən meyvə-tərəvəz məhsuldarlığı başqa ölkələrə nisbətən 30-50% aşağıdır”.
 

Mütəxəssisin fikrincə, Azərbaycanın ixrac coğrafiyasının məhdud olması da ölkəmiz üçün problemlər yaradır.

“Azərbaycan istehsal etdiyi məhsulların 90%-ini Rusiyaya ixrac edir. Lakin ixrac sezonu 1-2 aydan ibarətdir. Ən böyük problemlərdən biri də odur ki, son zamanlar Rusiya özünü etibarsız tərəfdaş kimi tanıdıb”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button