Tehran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edə bilər

Cavad-Zerif-3

Tərəflər razılıq versələr, rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edə bilər.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda səfərdə olan Estoniyanın xarici işlər naziri Marina Kalyurdan ilə birgə aprelin 10-da keçirdiyi mətbuat konfransında deyib.

M.C.Zərif qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Nazir xatırladıb ki, İran prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan prezidentlərinə zəng vuraraq onları sülhə dəvət edib. İran bölgədə bütün münaqişələrin tezliklə həll olunmasına tərəfdardır və bu istiqamətdə lazımı addımları atacaq.

Xatırladaq ki, eyni fikirləri İranın ali dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də səsləndirib.

Rabil Kətanov

Azərtac-ın xüsusi müxbiri

Tehran

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button