Tehran stadionunda çağırış: Azərbaycan var olsun! – VİDEO

traktorİranda Təbirizin “Traktor” klubunun azarkeşləri yenə Azərbaycanla bağlı şüarlar səsləndiriblər
Təbrizin məşhur “Traktor” futbol klubu  daha bir qürurverici uğura imza atıb. Belə ki, Tehranın “Azadi” stadionunda bu şəhərin “İstiqlal” klubu ilə “Traktor” klubu arasında keçirilən görüş “Traktor”un qələbəsi ilə sona çatıb.
İran super liqasının 29-cu  həftəsində keçirilən görüşdə, “İstiqlal” komandası “Traktor”un vurduğu 4 qol qarşısında yalnız 1 qol vura bilib.
“Traktor” tərəfindən Saman Nəriman Cahan 7, 56, 87-ci və Lusanyo Edinyo 45-ci dəqiqələrdə qol vurublar. “İstiqlal” tərəfindən vurulan tək qol isə Ümid İbrahimi tərəfindən 29-cu dəqiqədə vurulub.
Bununla da “Traktor-İstiqlal” görüşü (4 – 1) hesabı ilə Azərbaycan klubunun xeyrinə yekunlaşıb. Bu nəticədən sonra 57 xalla liqa cədvəlinin 1-ci pilləsində olan “Traktor”, öz yerini daha da möhkəmləndirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button