Telişli üçün SOS

teliş kəndiİmişlidə ötən il tikilən yeni Telişli kəndi yavaş-yavaş, amma inamla dağılır. Evlərin divarlarında çatlar yaranıb, onların təməli çökür, damından yağış damır, suvağı tökülür, atüstü çəkilən asfalt yolu dağılır. Bu, yaxın günlərdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının monitorinqinin qeydə aldıqlarının hamısı deyil. 2010-cu ilin noyabrında kənd prezident İlham Əliyevin iştirakı ilə təntənəli şəkildə açılanda onu daşqından ziyan çəkən Telişli sakinlərinə komfort gətirəcək supermüasir yaşayış məntəqəsi kimi təqdim edirdilər.
Kənddə orta həcmi 80 kv metr olan 104 fərdi ev tikilib. Evlərin smeta dəyəri barədə rəsmi məlumat verilmir. Tikintiyə məsul olan Fövqəladə Hallar Nazirliyi bu rəqəmləri gizlədir. Amma yerli mənbələrdən məlum olur ki, iki otaqlı evlər smetada 38 min manat, 3 otaqlılar 45 min manatdır. Amma inşaatçılar deyir ki, evlərin real qiyməti 3 dəfə azdır. Evlərdə vəd eidlən buxar isitmə sistemi də qurulmayıb, ona görə sakinlər evlərini odun və ya bahalı elektrik enerjisi ilə qızdırır. Hər ev üçün 12 sot həyətyanı sahə ayrılıb, bu isə azdır.

Ona görə bir çox telişli köhnə evlərdə yaşamağa üstünlük verir.

2010-cu iln daşqınından sonra hökumət onun nəticələrinin aradan qaldırılmasına 326 mln manat ayırıb. 3 min 205 ev tikmək vəd edilirdi, rəsmi məlumata görə, FHN 2 min 406 ev tikib. “Turan”a məlum olub ki, ayrılan vəsaitin hamısından istifadə edilib, amma işlər tam yerinə yetirilməyib.

İndiyəcən Telişli sakinləri də başqa kəndlərin sakinləri kimi əkin sahələrinə dəyən ziyan üçün kompensasiya almayıb, Sabirabad, İmişli və başqa rayonlarda bir çox problemlər həllini tapmayıb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının daşqının aradan qaldırılmasına kömək üçün müntəzəm olaraq ciddi maliyyə pozuntuları və dövlət strukturları tərəfindən korrupsiya faktları aşkarlayıb. Amma ümumilikdə problemlər həllini tapmayıb. Qərargah yaxın vaxtlarda bu istiqamətdə işi gücləndirəcək. Artıq prezidentin qərarları və hökumətin sərəncamlarının icrasının nəticələrinin monitorinqinə başlanılıb və onlar yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button