Telman İsmayılov: İlin fiaskosu

telman

Dünyaca məşhur “Forbes” jurnalının rus versiyası Rusiyanın 2015-ci il üzrə ən varlı iş adamlarını seçməyə başlayıb. 

axar.az xəbər verir ki, jurnalın saytında keçirilən səsvermə ilin biznesmeni, fiaskosu və digər bölümlər üzrə aparılır.

Bir neçə gün öncə müflis olduğunu etiraf edən Azərbaycan əsilli iş adamı Telman İsmayılov “Forbes” jurnalının ilin fiaskosu bölümündə səsverməyə çıxarılıb. Hazırda 1108 nəfər onun əleyhinə səs verib.

“Çerkizov bazarının bağlanmasından sonra hakimiyyət ilə problemin həllinə baxmayaraq, yığılmış borclarla mübarizə apara bilmədi.  “Mardan Palas” satıldı və bankrot olan fiziki şəxs kimi Forbesin siyahısına düşdü”, – jurnalda qeyd edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button