Telman İsmayılovun harada gizləndiyi məlum oldu

Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, sifarişli qətlin təşkilində ittiham olunan Telman İsmayılov Monteneqroda gizlənir.

Virtualaz.org “Cinayətkar Rusiya” portalına istinadən cəbər verir ki, bu informasiya ilə məlumatlı mənbə paylaşıb.

Mənbənin sözlərinə görə, qaçqın oliqarx bu ölkənin hakim dairələri ilə Rusiyaya deportasiya edilməyəcəyi ilə bağlı razılığa gəlib.

Xatırladaq ki, ötən il İsmayılovlar ailəsi Antalyadakı “Mardan Palace” mehmanxana kompleksinin ərazisində yerləşən malikanədə yaşayırdı. Lakin Rusiyaya təhvil verilməkdən ehtiyatlanaraq, onlar bu ölkəni tərk ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button