Temperatur qalxır – 36 dərəcə isti

hava4Hazırda temperatur iqlim normasından 2-3 dərəcə yüksəkdir

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 29-33 dərəcə isti təşkil edəcək.

Rayonlarda gündüz əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

A. Verdiyev deyib ki, hazırda temperatur iqlim normasından 2-3 dərəcə yüksəkdir. Lakin yaxın günlərdə anomal istilər gözlənilmir.

lent.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button