The New York Times qəzeti səhvini düzəltdi

327126.07.2013

Azərbaycanın paytaxtı Bakı şəhəri Ermənistanın paytaxtı kimi göstərilmişdi

Azərbaycanın ABŞ-dakı Səfirliyinin dərhal müdaxiləsindən sonra ölkənin The New York Times qəzetinin internet saytında hava proqnozu bölümündə Bakının Ermənistanın paytaxtı kimi göstərilməsi səhvi düzəldilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat verib.Qeyd edək ki, dünən ABŞ-ın The New York Times qəzetinin rəsmi internet səhifəsinin hava proqnozu bölümündə Azərbaycanın paytaxtı Bakı şəhəri Ermənistanın paytaxtı kimi göstərilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button