Tiflis su altında: Ölənlərin sayı 5-ə çatıb

tiflis suda20 nəfər yaralanıb, 10 nəfər isə itkin düşüb.

Tiflisdə baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

xural.com-un apa-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü bildirib. Onlardan 3-nün qadın və  bir nəfərin zoopark işçisi olduğu bildirib. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin  aşkarlandığını bildirib.

Hazırda ölənlərin sayı dəqiqləşdirilir.

Tiflisin bir neçə  mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb.

Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdığı da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.

Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin  xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş hesab edilir.

Gürcüstanını paytaxtı Tiflis şəhərində güclü qasırğa fırtına küləyi ilə birgə daşqına səbəb olub. Ən azı üç nəfər həlak olub.

Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, onlarla insan itkin düşmüş sayılır.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, xilasedicilər iki qadının su altında qalmış evlərin birində iki qadının cəsədini aşkar ediblər. Daha bir nəfər isə torpaq sürüşməsi nəticəsində ölüb.

Tiflis xilasetmə xidmətləri son daşqının qarşısını almaq üçün fövqəladə rejimdə işləyirlər.

Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərərgah yaradılıb.

Bundan əlavə, Tiflis sakinləri daha bir problem yaşayırlar. Şəhərdə suya qərq olmuş zooparkdan qaçan vəhşi heyvanlar gəzir. Onların arasında şir və pələnglər də var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button