Tiflisdə bayrağımızın təhqir edilməsi məsələsinə baş nazir qarışdı

təhqir olunan bayraq“Avropanın Liqasında I təsnifat mərhələsində “Qəbələ” (Azərbaycan) – “Dinamo” Tiflis (Gürcüstan) klubları arasındakı qarşılaşmadan sonra baş verən hadisə araşdırılacaq”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə tapşırıq verib. Baş nazir bildirib ki, Azərbaycanla və onun xalqıyla strateji münasibətlər ölkəsi üçün çox əhəmiyyətlidir:
“Gürcü hökumətinin rəhbəri kimi qəti sürətdə bildirirəm ki, dövlət heç kəsə dost Azərbaycanla bizim münasibətlərimizə belə fitnəkar hiylələrlə kölgə salmağa icazə verməyəcək”, – deyə o, söyləyib.
İrakli Qaribaşvili Daxili İşlər Nazirliyindən qanun tələb olunan tədbirlərin görülməsini tələb edib.
Xatırladaq ki, iyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan “Dinamo” – “Qəbələ” oyununda insident yaşanıb. Yerli fanatlar Bakıdan matçı izləmək üçün Tiflisə gedən “Qəbələ” azarkeşlərinə hücum edib. Bunu saytımıza hücuma məruz qalan “Sector 11” fan klubunun rəhbəri Atanur Cəfərli təstiqləyib. Onun sözlərinə görə, stadiona giriş zamanı gürcü fanatlar onlara hücum edib: “Stadionun qarşısında bizə hücum etdilər. 4 nəfər idik, onlar isə çox idi. Nə baş verdiyini anlamadıq. Qarşıdurma baş verib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb”.
Hadisədən sonra Tiflis “Dinamo”su “Qəbələ” ilə oyunda Azərbaycan bayrağının təhqir olunması ilə bağlı rəsmi açıqlama yayıb. Gürcüstan klubu bununla bağlı rəsmi saytında gürcü və Azərbaycan dillərində açıqlama yerləşdirib: “İlk növbədə qeyd etmək istəyirik ki, klub tam şəkildə dünən baş verən hadisədən peşmançılıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. Dünənki hadisə zamanı fiziki təzyiq və daha sonra Gürcüstanın dostu olan ölkənin dövlət simvolunun təhqirinə yol verilib”.(anspress.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button