Tikinti materiallarının istehsalında kəskin azalma müşahidə olunur

2016-cı ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 8,8 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin yanvar ayının göstəricisindən 53,6% azdır.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 101,2 min ton sement (azalma 46,9%), 12,9 min ton tikinti gipsi (azalma 22,6%), 1,2 min kubmetr beton konstruksiya (azalma 29,4%), 21,9 min ton asfalt (artım 2,4%) istehsal olunub.

Bundan başqa, cari ilin yanvar ayında 144,9 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (azalma 85,5%), 12,5 min kubmetr tikinti kərpici (azalma 28,8%), 43,6 min ton hazır beton qarışığı (azalma 52,9%) istehsal edilib.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button