Tofiq Yaqubluya xəbərdarlıq edildi – Baş Prokurorluq
Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb.
Bu barədə T.Yaqublunun özü məlumat verib.
O bildirib ki, idarədə baş prokurorun müavini Rüstəm Usubov və müstəntiq Nadir Mirzəyevlə görüşüb, ona xəbərdarlıq edilib:
“Rüstəm Usubov mənə dedi ki, mətbuata müsahibələrimdə müəyyən yanlışlıqlara yol vermişəm. “Yeni Müsavat” qəzetinə müsahibəmdə dini məsələlərlə bağlı fikirlərimə etiraz etdi ki, mən milli və dini ayrı-seçkilik salmaq istəmişəm. Ancaq həmin müsahibədə texniki səhv olmuşdu. Mən də öz növbəmdə dedim ki, bu məqsədlə fikir bildirməmişəm. Sonra xəbərdarlıqla bağlı mətni imzaladım”.
Apa.az