Tovuz polisində nə baş verib?

“Martın 8-də Tovuz rayon Polis Şöbəsində dindirilmə zamanı özünü 3-cü mərtəbədən atan rayon sakini Tofiq Şükürovun şöbədə işgəncə görməsi barədə məlumatlar yalandır”.

Bu haqda AzadlıqRadiosuna Tovuz Rayon Polis Şöbəsindən Elman Qəhrəmanov bildirib.

Şöbədə bir neçə nəfərə işgəncə verilməsi barədə sosial şəbəkələrdəki xəbərləri təkzib edən E.Qəhrəmanovun sözlərinə görə, T.Şükürov əvvəllər məhkum edilib.

“O, narkotik cinayətinə görə, məhkum edilmiş şəxsdir. Rayonda oğurluq olub, tibbbacısının evindən 5 min amanat pul oğurlanıb. T.Şükürov həmin iş üzrə dindirilib. Müstəntiq ondan dəhlizdə gözləməsini istəyib. Həmin vaxt hadisə baş verib. Aglına nə gəlibsə, buna əl atıb”, o, bildirib.

E.Qəhrəmanovun sözlərinə görə, özünü 3-cü mrətəbədən atan T.Şükürovun sağlıq durumu normaldır.

Tovuz rayon xəstəxanasından isə T.Şükürovun dünən xəstəxanaya qəbil edildiyini bildiriblər.

Xəstrəxananın həkimi Paşa Muradov T.Şükürovun müayinə edildiyini, onun xəsarətlərinin ağır olmadığını deyib. Xəstəxanaya polisdən xəsarət almış 3 nəfərin gətirilməsini təkzib edən həkim eyni zamanda T.Şükürovun müalicə üçün Qazax rayonuna göndərildiyini bildirib.

T.Şükürovun yaxınları ilə danışmaq mümkün olmayıb.

Yada salaq ki, dünən, martın 8-də sosial şəbəkələrdə Tovuz polisində 3 nəfərə işgəncə verilməsi barədə xəbərlər yayılıb.

Həmin xəbərlərdə bildirilirdi ki, T.Şükürov da işgəncəyə məruz qalıb, dözməyərək özünü 3-cü mərtəbədən atıb. (turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button