TQDK SAT imtahanı keçirir

TQDK imtahan keçirir

 

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün növbəti SAT imtahanını keçirir.

TQDK-dan ANS PRESS-ə bildiriblər ki, imtahan saat 8.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikənlər imtahan zalına buraxılmayacaqlar.
TQDK tərəfindən növbəti SAT imtahanının iyunun 6-da keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və may ayının 9-u saat 9:00-dək davam edəcək. Qeydiyyatla bağlı ətraflı məlumatı http://tqdk.gov.az/en/international-partnerships/sat linkindən əldə etmək olar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button