Tunisdə etirazçılarla polis arasında toqquşmalarda ölən və yaralananlar var

Tunisin Teburba şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, toqquşmalar işsizlik, qiymətlərin və vergilərin qaldırılmasına qarşı keçirilən aksiyada qeydə alınıb.

Məlumata görə, bəzi etirazçıların hökumət binasına od vurmaq çağırışı vəziyyəti nəzarətdən çıxarıb.

Etiraz aksiyaları Tunisin bir sıra digər şəhərlərində də keçirilib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Tunisdə 2011-ci ildə başlayan maliyyə böhranı davam edir. 2015-ci ildə törədilən terror hücumlarından sonra ölkəyə turist axını kəskin şəkildə azalıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button