Tural Abbaslının evi yağmalandı

Vicdan məhbusunun anası, qardaşları və müxalifət fəalları həbs edildi, dəyəri 20 min manatdan artıq ev əşyaları talan edildi

Bu gün saat 23: 00 radələrində vicdan məhbusu Tural Abbaslının evi sökülməyə başlayıb. 60-dan artıq polis və mülki geyimli şəxs binanın sakinlərinə hücum edib. Əməliyyata Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov rəhbərlik edib. Polislər Tural Abbaslının anası Başxanım Abbaslını, qardaşları Toğrul və Teymuru, Müsavat Gənclər Təşkilatının üzvləri Tural Hacıbəyli, Abid Süleymanlını, AXCP üzvləri  Dəyanət Babayevi  və Əliriza Muxtarı həbs edərək     21- ci Polis Bölməsinə aparıblar. B. Abbaslinin verdiyi məlumata görə, binanın digər sakinləri polis vəhşiliyindən qorxaraq mənzillərini qoyaraq qacıblar. B. Abbaslının sözlərinə görə, bina sökülür. Polislər isə Abbaslı ailəsinin ev əşyalarını mənzildən çıxarmağa imkan vermir. T. Abbaslının anasının bildirdiyinə görə, mənzildən mebeli, paltaryuyan maşını, kitabları, kondisioneri, xalçaları, servizləri, pərdələri, hamam ləvazimatını,  qış üçün tədarük edilən mürrəbələri və digər konservləri çıxarmağa imkan verməyiblər.

  Əfqan MUXTARLI

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button