Turan Ozanı Kaya Kuzucu-VİDEO

kaya-kuzucu..Turan ozanı, dövrümüzün Dədə Qorqudu, həyatını yorulmadan, bezmədən türkçülüyün təbliğatına həsr etmiş dəyərli Kaya Kuzucunun növbəti albomu bu günlərdə işıq üzü görüb. Qəhrəmanlıq mahnılarından ibarət albomu türk dünyası üçün bir akademik araşdırma işi də hesab etmək olar. Albom 43 əsərdən, 4 albomdan ibarət olacaq silsilənin ilk albomudur. İlk albomda əsasən Orta Asiyadan, Dağıstan, Qaraçay, Altay, Krım olmaqla 7 türk qardaş topluluğundan alınmış 9 əsər yer alır. “Son akın” adlanan albomda əsasən qəhrəmanlıq və döyüş musiqiləri Kaya Kuzucu oranjımanında təqdim olunub. Məqsədinin türk musiqisinin gələcək nəsillərə catdırılması olduğunu deyən Ozan bu tipli musiqilərin itib yox olmasından narahat olduğu üçün araşdırmalara başladığını və 43 əsəri ilkin müəyyənləşdirdiyni deyir.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button