Türk Dünyası Parlamentlər Birliyindən Novruz tədbiri-FOTO

“Novruz Türk dünyasının bayramıdır” – Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi

 

Xural.com xəbər verir ki, Türk Dünyası Parlamentlər Birliyinin Novruz Bayramı münasibəti paytaxt Ankarada təbir təşkil edib.

Novruz yeni il, baharın başlanğıcı kimi qeyd olunsa da, Türklər üçün ayrı bir dəyəri vardır. Novruz 3 min ildən çoxdur qeyd edilən yeganə bayramdır.

Bunu tədbirdə açıqlamasında Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi söyləyib. TDPB sədri, bu bayramın Türk Dünyasına birlik bərabərlik gətirməsini diləyib: “Novruzun bütün Türk dünyasına birlik bərabərlik gətirməsini diləyirəm. Mən özünü Türk hiss edən hər kəsi Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayramda arzu edirəm ki, daha zülmə məruz qalan Türk olmasın. Və işğal altında olan Türk torpağı tez bir zamanda geri qaytarılsın”.

Daha sonra Çələbi bildirib ki, terroristlərə və terrora dəstək verən ölkələrə qarşı Türk Dünyası artıq bir olmalıdır: “Terroristlərə və terrora dəstək verən ölkələrə qarşı Türk Dünyası artıq bir olmalıdır. Türkiyəni Afrin “Zeytin Dalı” hərəkatında tək qoymayan yalnız Türk dünyası dövlətləri və xalqları oldu. Biz bir daha bunun şahidi olduq ki, Türkün Türktən başqa dostu yoxdur”.

Bayram mərasimində TDPB sədri Nail Çelebi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, bir çox millət vəkilləri, birliyin fəxri üzvü Yüksel Değercan, Birliyin mətbuat və Xalqla əlaqəli kordinatoru və Avropa jurnalistlər dərnəyinin sədri, Novruzun şərəfinə alışdırılan tonqalın etirafına yığışıblar.

Qeyd edək ki, tədbirdə bayram ziyafəti də verilib.

 

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button