Türk ekspert: AKP-nin  xarici siyasəti Türkiyəni dalana dirəyib – Təhlil

erdoqan-55.jpg

Birgün (Türkiyə) 16.04.2016

Xarici siyasətdəki dilemmaların gətirdiyi problemlərdən boğulan Ədalət və İnkişaf Partiyası (ƏİP) “düşmən” saydığı ölkələrlə yaxınlaşmağa başlayıb.

Onun xarici siyasəti ucbatından Türkiyə bu gün dalana dirənib. Qarşısındakı bütün mlaneələri dəf etməkdən ötrü müəyyən addımlar atması gərəkdir: hər şeydən əvvəl İsrail və Misirlə münasibətlər normallaşmalıdır. Bu, Türkiyənin Şərqi Aralıq dənizi bölgəsindəki rolunun inkişafı və bu bölgədəki cəmiyyətlərin hörmətini yenidən qazanmaq  üçün lazımdır. İndi Türkiyənin bu yolda hansı mərhələdə olduğunu birmənalı şəkildə demək çətindir.

Burada İsraillə münasibətlərin normallaşmasının özəl önəmi var. Misirlə də münasibətləri bərpa etmək son dərəcə vacibdir. Lakin burada hələ dəf edilməli olan bir sıra çətinliklər qalır.

Digər tərəfdən, bütün bu maneələr Türkiyəyə o qədər nəfəs almaq imkanı verməyib ki, o, mütləq çıxış yolu tapmalıydı. Və bu çıxış yolu buradadır. Bu problemlərin həlli üzrə təşəbbüslərə kəskin ehtiyac var. Xüsusən hörmətli prezidentimizin Amerikaya səfərindən sonra Misir və İsraill münasibətləruin yaxşılaşdırılması üzrə cəhdləri fikir doğurur ki, orada ona müəyyən təlqinlər edilə bilərdi.

Ən vacib hadisə Rusiya ilə münasibətlərin normallaşdırılması olmalıdır.Lakin bu cür anlayışın olduğu hələlik görünmür. Yuxarıda adı çəkilən ölkələrlə münasibətləri yaxşılaşdırmaq üçün mütləq Rusiya ilə münasibətləri qaydaya salmaq lazımdır. Digər tərəfdən, Türkiyənin Suriyada izlədiyi siyasəti yenidən nəzərdən keçirmək və Cenevrədəki danışıqlara daha konstruktiv yanaşmaq lazımdır.

Demək olmaz ki, Suriya siyasətmizdə heç bir cüzi dəyişilik yoxdur. Ən azı, Əsəd rejiminə qarşı etirazlarmız bir qədər səngiyib. Bu barədə gileylərimizi artıq o qədər də ucadan ifadə etmirik. Eyni zamanda Cenevrədə sülh prosesi davam edir. Bir qədər fasilələrlə olsa da, barışıq bu və ya başqa formada davam edir.Xarici işlər naziri Mövlud Çavuşoğlu Amerikya səfərinin gedişində “Demokratik Birlik Partiyasına (PYD) görə Amerika ilə dalaşamaq niyyətində deyilik” ruhunda açıqlama verdi. Əlbəttə, bu isə PYD məsələsində yanaşmağımızın yenidən nəzərdən keçirilməsi kimi şərh edilə bilər.

Rusiya ilə münasibətlərimizi mümkün qədər tez nizamlamağmız lazımdır, lakin hər şeyə baxanda bu məsələ hələ bir qədər uzanacaq, çünki Rusiyanın gözləntiləri məlumdur. O, cəza təkidini davam etdirir. Məlum olduğu kimi, təyyarənin düşdüyü yerdə olan adam həbs edilib. Ehtimal ki, bu, müəyyən inkişafı təmin edə bilər. Bununla belə, güman etmirəm ki, bunu yaxınlarda gözləmək mümkün olar. Baxın, hətta İsraillə münasibətlərin qaydaya salınması bir neçə il apardı (hazırda altıncı il davam edir). Və Rusiya ilə də hər şey elə də asan olmayacaq. Normallaşma zəruridir, lakin deyəsən, vaxt aparacaq.

Türkiyənin xarici siyasətdə ən böyük səhvlərindən biri, hər şeydən əvvəl, Qərblə müttəfiqlik münasibətlərinə etinasızlıq oldu. O, koordinasiyaya getdikcə daha az önəm və müstəqil qərarların qəbul edilməsinə daha çox əhəmiyyət verən oyunçu oldu. Təbii ki, o bu cür addımlarla müttəfiqlərin nəzərində mənfi qavrayış biçimlədi. İkincisi, Yaxın Şərq siyasətindəki tərəfsizliyi qoruyub saxlamadı. Bununla belə, Türkiyənin ənənəvi Yaxın Şərq siyasəti bölgənin bütün oyunçularına hər hansı ehtirassız münasibəti nəzərdə tuturdu. Türkiyə bu yanaşmadan üz çevirib böyük səhv buraxdı.

Türkiyənin xaricdə yaratdığı təsəvvürlər üzündən aydın olur ki, AB-yə üzvlük yolundakı inkişafda onun məruzəsində ən müxtəlif tənqidlər ehtiva ediləcək. Məruzə dərc edilərkən bu barədə məlumatımız olacaq, lakin bütün bunlar bir-biri ilə qarşılıqlı əlaqədə olan məsələlərdir. Daxili və xarici siyasət baxımından Türkiyə ciddi tənqidə məruz qalırsa, onun bu sahələrdə öz strategiyasını dəyişməyi lazımdır.

Tərcümə Strateq.az-ındır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button