“Türk pilotlarının gözlərindən öpürəm”

suriya turk
Bu barədə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Türkiyə Hərbi-Hava Qüvvələri ölkənin hava məkanını pozan Suriya vertalyotunu vurandan sonra bildirib.
Onun sözlərinə görə, Cilvəgözü şəhəri yaxınlığında Türkiyənin hava məkanını beş dəqiqə müddətində pozan Suriya helikopteri  Türkiyə saatı ilə 14.04-də vurulub.  Nazirin sözlərinə görə, Türkiyə  Hərbi-Hava Qüv vələri üzərilərinə qoyulan vəzifəni lazımi qaydada icra edərək mümkün təhlükəni aradan qaldırıb. İ.Yılmaz əməliyyatı aparan Türkiyə Hərbi-Hava Qüvvələrinə təşəkkürünü bildirib: 

“Əvvəlcə Silahlı qüvvələrimizlə qürur duyuruq. Əziz millətimizin də qürur duyması lazımdır. Onlar üzərlərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetiriblər. Nədir vəzifələri? Türk vətənini, Türkiyə sərhədlərini qoruyacaq, heş bir müdaxilə və pozuntuya fürsət verməyəcək. Bu gün saat 14.04-da Türkiyə sularında sərhədlərimizi pozan 5 dəqiqə müddətində hava məkanımıza soxulan vertalyot Cilvegözüdə vuruldu. Haqlı olaraq vəzifəsini yerinə yetirən, sərgədlərimizi pozan Suriya qüvvələrinə qarşı lazım olan təpkini göstərən Silahlı Qüvvələrimizi təbrik edirəm. Pilotlarımızın hamısının gözlərindən öpürəm. Əziz millətimiz bundan əmin olsun, Silahlı Qüvvələrimiz Türk millətinin haqq və hüququnu qorumaq üçün 24 saat vəzifə başındadır. Bundan sonra da vəzifəsini yerinə yetirməkdə davam edəcək. Hökümətimizin bu mövqeyi Silahlı Qüvvələrimizə də siyarət edib”. Reuters’ın xəbərinə görə, Suriya dövlət televiziyası, Türk qüvvələrinin Suriyaya məxsus vertalyotu vurması haqda yayılan məlumatların doğru olmadığını iddia edir. Suriya  mətbuatı sərhəd yaxınlığında kiçik pilotsuz təyyarənin vurulduğunu bildirir.

HaberTurk

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button