Türk Universitetlər Birliyinin II toplantısı keçirildi

1 (14)

Azərbaycan Tibb Universitetinin prorektoru Türk Keneşi Türk Universitetlər Birliyinin ikinci Toplantısında iştirak edib

11-12 aprel 2016-cı il tarixində Türkiyə Cumhuriyyətinin Ərzurum şəhəri Atatürk Universitetinin ev sahibliyi və sədrliyi ilə Türk dilli ölkələrin Universitetlər birliyinin II baş toplantısı keçirilib. Türkdilli ölkələrin Türk Keneşinin iştirakı və bilavasitə dəstəyilə keçirilən toplantıda Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyənin 14 universitetinin rəhbərləri və ya səlahiyyətli nümayəndələri ilə bərabər Türksoy, Türkiyə Cümhuriyyəti yüksək öyrətim kurulu, Türk Akademiyası, müxtəlif layihələrin rəhbərləri və konsullar iştirak edib.

Toplantıda Azərbaycan Tibb Universitetini elmi işlər üzrə prorektor, professor İbrahim İsayev təmsil edib.

1 (16)

Toplantıda ortaq ikili diplomların tanınması, tələbə təşkilatlarının fəallığının artırılması, qarşılıqlı tələbə, müəllim, elmi işçi, mütəxəssis mübadiləsini nəzərdə tutan Orhun layihəsinin təsdiqi, Avropa Təhsil Proqramına inteqrasiyanın sürətləndirilməsi, üzvlüyə yeni universitetlərin qəbulu kimi məsələlər müzakirə və təsdiq edilib. Bunlarla bərabər, yığıncaqda Türkdilli ölkələrin müstəqillik qazanmasının 25 illik yubileyinə həsr olunmuş tədbirlərə hazırlığın vəziyyəti barədə də məlumat verilib.

1 (15)

Təşkilata üzv universitetlərin nümayəndələrinin səsverməsi nəticələrinə əsasən, Türk Keneşi Türk Universitetlər Birliyinin sədrliyi növbəti iki il üçün Qırğızıstanın Manas Universitetinə keçib.

Qeyd edək ki, təbabət elminin yüksək templə inkişaf etdiyi indiki dövrdə Azərbaycan Tibb Universiteti dünya elminə çıxış, bilik və təcrübə mübadiləsinin aparılması baxımından beynəlxalq əlaqələri ildən-ilə gücləndirir. Hazırda bu təhsil ocağı dünyanın 8-dən çox nüfuzlu ali məktəbi ilə sıx əməkdaşlıq edir, fəal tələbə və mütəxəssis mübadiləsi aparır. Türkiyə Universitetlər Birliyinin üzvü kimi Azərbaycan Tibb Universiteti bir sıra layihələrdə aktiv iştirak edir, elmi konfrans və simpoziumlara qatılır.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button