Türkiyə: azad ruhlu məmləkət

images (1)17.06.2013

Türkiyədə iğtişaşlar səngimək bilmir

Türkiyə höküməti deyib ki, İstanbul və digər şəhərlərdəki etiraz aksiyalarına son qoymaq üçün silahlı qüvvələrdən istifadə edə bilər.

Hökümət “bütün səlahiyyətlərindən” və lazım gəlsə, “şəhərlərdə türk silahlı qüvvələrdən” istifadə edəcək, baş nazirin müavini Bülent Arınç televiziyada deyib.

Bu, birinci dəfədir ki, hakim partiya silahlı qüvvələrdən istifadə etməyə hədələyib.

Bazar günü İstanbulda baş nazir Recep Tayyip Erdoğan yüz minlərlə tərəfdarına deyib ki, etirazçıları “terrorçular” manipulyasiya edib.

Eyni zamanda ölkədə həmkarlar ittifaqları anti-hökümət nümayişlərində polisin gördüyü sərt tədbirlərə etiraz olaraq bir günlük tətil elan edib.

Kamu Emekçileri Sendikaları Konfederasyonu (KESK) və Devrimci İşçi Sendikaları Konfederasyonu (DİSK) “polis zorakılığı”na son tələb edirlər.

Daxili işlər naziri Muammer Güler tətili qeyri-qanuni adlandırıb və xəbərdarlıq edib ki, tətildə iştirak edənlər hüquqi nəticələrlə üzləşəcəklər.

Tətil İstanbul və paytaxt Ankarada polis və etirazçılar arasında vaxtaşırı baş verən qarşıdurmalardan sonra elan edilib.

061700039918Baş nazir Recep Tayyip Erdoğan təzyiqləri qəzəblə müdafiə edib.

Bazar günü tərəfdarına müraciət edərərək o deyib ki, şənbə günü Gezi Parkındakı etirazçıları oradan köçürtmək – onun borcu idi.

O həmçinin xarici medianı tənqid edib, diktator kimi davrandığını inkar edib və “küçələri qorxuya salanları bir-bir” müəyyən edəcəyinə and içib.

Polis 18 gün davam edən etirazların məkanı olan Taksim Meydanı və Gezi Parkına aparan bütün yolları bağlayıb.

Amma etirazçılarla polislər arasındakı qarşıdurmalar ətraf ərazilərdə davam edib, gözyaşardıcı qaz və su şırnağından səxavətlə istifadə edilib, BBC-nin İstanbuldakı müxbiri Chris Morris xəbər verir.

Türkiyənin ingilisdilli Hüriyyet saytında Murat Yetkin yazır ki, polis su şırnağındakı suya “gözyaşardıcı qaz əriməsi əlavə edib və bu, dəridə yanmaya səbəb olub”.

Doğan xəbər agentliyi məlumat verib ki, bazar günü İstanbulda onlarla etirazçı, Ankarada isə 70-ə yaxın etirazçı həbs olunub.

KESK və DİSK həmkarlar ittifaqları ölkədə minlərlə işçini təmsil edirlər. Onların birgə bəyanatında deyilir ki, bazar ertəsinə tətil elan olunub.

“Tələbimiz – polis zorakılığına dərhal son qoyulmasıdır”, KESK sözçüsü Baki Çinar AFP xəbər agentliyinə deyib.

Tibbi rəsmilər deyiblər ki, etirazlar başlayandan təxminən 5 000 adam xəsarət alıb və ən azı dörd adam ölüb.

Angela MerkelAlmaniyanın federal kansleri Angela Merkel Türkiyədəki nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsindən şoka düşdüyünü bəyan edib.

A. Merkel RTL telekanalına açıqlamasında Türkiyədəki görüntüləri qorxunc adlandırıb: “Bu görüntülərdə nümayişçilərə qarşı çox sərt davranıldığı görünür”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button