Türkiyə şirkəti televizor istehsalını tam avtomatlaşdıracaq

Vestel televizor

Türkiyənin “Vestel” şirkəti televizor istehsalını tam avtomatlaşdıracaq.

Xural.com apa.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin ən böyük sənaye qurumlarından biri olan “Zorlu Holdinq”in sahibi Əhməd Nazif Zorlu Uludağ iqtisadi sammitində çıxışı zamanı deyib.

Türkiyə sənayesinin ötən əsrin 70-ci illərindən bəri inkişafından danışan iş adamı sahibi olduğu holdinqin fəaliyyəti barədə  məlumat verib: “O vaxtlarla müqayisədə çox irəliləmişik. Ancaq 20 il əvvəl inkişaf yoluna qədəm qoymuş ölkələrdən çox geridə qalırıq. Məsələn, götürək Cənubi Koreyanı. 1997-ci ildə mən ölkədə olarkən əksər yerlərdə gecəqondular var idi. O vaxt Türkiyənin gecəqonduları Cənubi Koreyanın gecəqonduları ilə müqayisədə villalara oxşayırdı. Ancaq indi Cənubi Koreyada o villalardan əsər-əlamət qalmayıb. Bu ölkənin illik ixracatı 600 milyard dollar olduğu halda biz 150 milyard dollar səviyyəsində qalmışıq”.

O bildirib ki, “Zorlu Holdinq”in əsas vəzifəsi ixracatı artırmaqdır. “Hazırda zavodlarımızdan hər gün malla dolu 1500 yük maşını xaricə göndərilir. İllik ixracatımız 2,5 milyard dollar təşkil edir. Bu ilin axırınadək “Vestel” televizorlarımız tamamilə robotlar tərəfindən istehsal ediləcək”.

Biznesmen “Zorlu Holdinq”in mobil telefonlar istehsal edən xarici şirkətlərlə ciddi rəqabət apardığını və 2020-ci ildə 40 milyon mobil telefon istehsal etməyi qarşısına məqsəd qoyduğunu söyləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button