Türkiyədəki tədbirdə tələbəmiz “Sarı gəlin” oxudu – FOTOLAR

bandırma1Bandırmada Türkçülər günü təntənə ilə qeyd olundu

Türkiyənin Bandırma şəhərində 3 may Türkçülər günü münasibətilə müxtəlif törənlər keçirilib. Tədbirdən əvvəl təşkilatçılardan olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) Bandırma rayom təşkilatının qadınlar təşkilatı hazırlıq işlərinə yekun vurub. Sonra şəhər meydanında Türkçülər gününün xatirəsinə həsr olunmuş mitinq-tədbir keçirilib. Tədbir iştirakçılarından Zülfiyyə Akdağın xural.com-a verdiyi məlumata görə, mitinqdə Azərbaycanlı tələbələr də iştirak ediblər və hətta tələbələrimiz məşhur “Sarı gəlin” mahnısını oxuyublar.

Qeyd edək ki, Bandırmada 130 nəfər Azərbaycanlı təhsil alır və onlar Türkiyədə ölkəmizi layiqincə təmsil edirlər.

xural.com Bandırmadakı tədbirdən fotolar təqdim edir.

bandırma5

bandırma4

bandırma2

bandırma

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button