Türkiyə Afrin əməliyyatını başlatdı – “Zeytun budağı”- FOTOLAR

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir:

“Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xalqını bunların zülmündən qurtarmaq üçün “Zeytun budağı” əməliyyatı başlayıb”.

Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button