Türkiyə kanalı Azərbaycanda yaşayan axıska türklərindən danışdı – VİDEO

Türkiyə kanalında gəzməli-görməli yerləri və turistlərin ən çox axın etdiyi Azərbaycan şəhərləri haqqında veriliş hazırlanıb.

Sürgün edildikdən 50 il sonra ortalığa çıxan və Vətən həsrəti ilə yanan axıska türklərinin Azərbaycandakı yaşayış şəraitlərindən bəhs edilib. Azərbaycanda yaşamaqdan məmnunluq duyan axıska türklərinin vətənlərindən uzaq düşmələrinə baxmayaraq, qoruyub saxladıqları adət və ənənələrdən bəhs edilib.

Verilişdə xalçaları ilə məşhur olan Quba şəhəri də yer alıb. Burada Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçalarından bəhs edilib və xalçaların bənzərsiz motivləri ilə görənləri heyrətləndirdiyi qeyd edilib.

xural.com “A24.az”-a istinadən verilişdən olan videogörüntünü təqdim edir:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button