Türkiyə mətbuatı bayrağımıza həqarətdən yazdı – FOTO

bayraqxural.com Türkiyədə fəaliyyət göstərən avangartha.com-a istinadən Azərbaycan bayrağına qarşı olunan hörmətsizlikdən xəbər verir. Sayt Bakının Xətai rayonunda baş verən hadisədən yazır: “Bayraq haqqında qanuna görə dövlətin müstəqilliyinin simvolu olan bayrağın yanlış asılması, cırılması, ya da ona qarşı olunan hər hansı bir hörmətsizlik cinayət hesab olunur. Bu günlərdə Azərbaycanın Xətai Rayon İcra Hakimiyyətinin etdiyi bir yanlışı bağışlamaq olmaz. Facebook ve Twitter səhifəsində azərbaycanlıların paylaşdıqları bir şəkildə İcra Hakimiyyətinin çoxmərtəbəli bir binadan asdığı bayrağın yanlış asıldığı görünür. Bu da xalqın haqlı narazlılığına səbəb olub. En önəmlisi də odur ki, sosial şəbəkələrdə bu hadisə ilə bağlı ciddi müzakirələrin getdiyinə baxmayaraq, icra hakimiyyəti rəhbərliyi heç bir reaksiya verməmişdir. Nəticədə bayraq günlərdir ki, yanlış olaraq binadan asılı halda qalmaqdadır.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button