Türkiyə millisi möhtəşəm qələbəylə mərhələ şansı yaxaladı + CƏDVƏL
“Avro-2016″da qrup mərhələsinin III turunun bu gün D qrupunda da iki oyun keçirilib.
Strateq.az xəbər verir ki, Türkiyə millisi Çexiya ilə üz-üzə gəlib. “Ay ulduzlular” 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalı idi. Və möhtəşəm oyunla bunu da bacardılar.
10-cu dəqiqədə Burak Yılmaz, 65-ci dəqiqədə isə Ozan Tufanın qolları ilə oyun 2-0 hesabı ilə türklərin xeyrinə başa çatdı. Bu qələbədən sonra Türkiyə milliləri digər qruplardakı 3-cü yeri tutan komandaların nəticələrindən aslı olaraq növbəti mərhələyə çıxmaq üçün ciddi şans yaxaladı.
Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə qarşılaşıb. Oyunda xorvatlar qalib gəlib – 2:1.
N | Komandalar | O | Q | H | M | T-F | X | ||
1 |
| 3 | 2 | 1 | 0 | 5-3 | 7 | ||
2 | İspaniya | 3 | 2 | 1 | 1 | 5-2 | 6 | ||
3 | Türkiyə | 3 | 1 | 0 | 2 | 2-4 | 3 | ||
4 | Çexiya | 3 | 0 | 1 | 2 | 2-5 | 1 |