Türkiyə növbədənkənar seçkilərə gedir

Ərdoğan və Bahçeli

Ərdoğan: ”AKP və NHP məclis qrupları məsələ ilə bağlı müzakirələrə başlayacaqlar”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli ilə aprelin 18-də görüşdükdən sonra növbədənkənar seçkilər haqda açıqlama verib.

Prezident keçirdiyi mətbuat konfransında deyib ki, Dövlət Bahçelinin prezident və parlament seçkilərinin növbədənkənar keçirilməsi təklifini detallı şəkildə müzakirə ediblər:

“Türkiyənin gündəmindəki daxili və xarici məsələlərin sıxlığını nəzərə alaraq iyunun 24-də növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə razılaşdıq. AKP və MHP məclis qrupları məsələ ilə bağlı müzakirələrə başlayacaqlar”.

Prezident 2016-cı ilin 15 iyul dövlət çevrilişi cəhdini və keçən il aprelin 16-da parlament üsul-idarəsindən prezident üsul idarəsinə keçidlə bağlı referendumu xatırladaraq bildirib ki, onunla Baş nazir arasında fikir ayrılıqları olmaması səbəbindən idarəçilikdə ciddi problemlər yoxdur. Yeni idarəetmə üsuluna keçid zərurətə çevrilib.

Ərdoğan MHP liderinin təklifini partiyalarında müzakirə etdiklərini və müsbət qarşıladıqlarını söyləyib. O, ali seçki qurumunun dərhal seçki hazırlıqlarına başlayacağını da bildirib.

Cümhuriyyət Xalq Partiyasının sözçüsü Bülent Tezcan seçkilərə hazır olduqlarını bildirib. İyi Partiyası da seçkiyə qatılacağını və qazanacağını bəyan edib. (meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button