Türkiyə və Avropa qazı Azərbaycandan alacaq

təbii sərvətlər naziri Taner Yıldız05.05.2015

Taner Yıldız: TANAP-a ortaqlıq üçün müraciət edən bir neçə şirkət ilə görüşəcəyik.

Trans-Anadolu qaz boru kəmərinə – TANAP ortaqlıq üçün müraciət edən bir neçə şirkət ilə görüşlər keçiriləcək.

AzərTAG  Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

TANAP kimi böyük layihələrin reallaşacağına olan inam artdıqca tələblərin də artdığını deyən nazir bildirib ki, konkret bir neçə şirkət ilə görüşümüz olacaq. Həmin şirkətlərin xalqa açıq olduqları və dünya bazarlarında yer aldıqları üçün bu görüşlər barədə açıqlamalar yalnız onların özləri etdiyi təqdirdə dəyər qazanacaq.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin sonradan 24 milyard kubmetrə və daha sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. 1850 kilometr uzunluğunda “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəməri qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarları: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) – 58 faiz, BOTAŞ – 30 faiz və bp şirkəti – 12 faiz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button