Turkiyədə hərbi çevrilişə cəhddə ölənlərin sayı 265-ə çatdı

Baş nazir deyib ki, həbs edilmiş hərbi qiyamçıların sayı isə 2839-a çatıb

Turkiyədə hərbi çevrilişə cəhd nəticəsində ölən mülki vətəndaşların sayı 161-ə çatıb.

Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım keçirdiyi mətbuat konfransında deyib.

Mətbuat konfransını TRT kanalı yayımlayıb.

Baş nazir 15 iyul olayını Türkiyə demokratiyası üçün ləkə adlandırıb. O, çevriliş zamanı həyatını itirən polisləri, vətəndaşları rəhmətlə andığını deyib.

Binəli Yıldırım 15 iyul hadisəsini bütün hərbçilərin hazırladığı olay yox, paralel terror təşkilatı tərəfindən cəhd olunduğunu söyləyib: “Bu baxımdan millətini, vətənini sevən və bu alçaq çevrilişə dəstək verməyən hərbçiləri təbrik edirəm. Hesab edirəm ki, dövlətin silahıyla vətəndaşlara silah açanlar PKK terrorundan daha alçaqdır. Çevriliş aradan qaldırıldı, amma təəssüf ki, 161 şəhid verdik, 1440 yaralı var, 2839 əsgər nəzarətə götürülüb. Ümumilikdə isə ölənlərin sayı 265-ə çatıb”.

Baş nazir edam cəzasının yenidən Anayasaya daxil ediləcəyi barədə suala cavab verib ki, əlavə nə tədbirlər görüləcək, bu, araşdırılacaq.

O, Amerikada mühacir həyatı yaşayan Fətullan Gülən haqda deyib ki, 15 iyuldan sonra bu adamın arxasında dayanan ölkə görmür: “Bu adamın arxasında duracaq ölkə Türkiyəylə dost deyil, Türkiyəyə qarşı bir savaış içindədir. 15 iyul olayını hazırlayan bütün isimlər nəzarətdədir. Çevrilişə qatılanlar xaindir, xainlərin rütbəsi olmaz”.

Baş nazir deyib ki, həbs edilmiş hərbi qiyamçıların sayı isə 2839-a çatıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button