Türkiyədə partlayış – Hərbçilər yaralanıb

Türkiyənin şərqində Ağrı vilayətinin Doğubəyazit rayonunda əldədüzəltmə partlayıcı qurğunun partlaması nəticəsində Türkiyə HQ-nin 4 hərbçisi yaralanıb.

Trend-in məlumatına görə, hadisə ilə bağlı Türkiyə Baş Qərargahı məlumat yayıb.

Yayılan məlumatda qeyd edilir ki, partlayış həbçilər tərəfindən minik avtomobili yoxlanılarkən baş verib.

Yaralı hərbçilər xəstəxanaya yerləşdiriliblər.

İnsidentlə bağlı başqa təfərrüatlar verilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button