Türkiyədə tələbələr Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edib

Türkiyənin Manisa Cəlal Bayar Universitetində Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirilib. Tədbir Türkiyə Gənçlər və İdman Nazirliyinin Manisa Beynəlxalq Tələbə Dərnəyinin köməkliyi ilə baş tutub.

Əsasən azərbaycanlı tələbələrin (MANAT topluluğu) iştirak etdiyi konfransda doktor Ülviyyə Aydın çıxış edib. Bundan sonra universitetdə oxuyan tələbələrin hazırladığı video-çarx nümayiş etidirilib. Konfransda MANAT topluluğu tələbələri Cümhuriyyətin qurucularından olan M.Ə.Rəsulzadə, keçmiş prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevlə bağlı panellər təşkil ediblər. Həmin panellərdə ölkə rəhbəri olmuş şəxslərin yürütdüyü siyasət, fəaliyyətləri və həyatları haqqında məlumat veriblər.

Konfransın sonunda Azərbaycan musiqi aləti olan tar ifası dinlənilib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button