Türkiyədəki dəhşətli partlayışın görüntüləri – VİDEO (18+)

Türkiyədəki dəhşətli partlayışın görüntüləri - VİDEO (18+)

Ölənlərin sayı 28-ə çatıb

 

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayışla bağlı müxtəlif məlumatlar yayılmaqda davam edir.

Terror aktını 18 yaşlı qızın törətdiyi ehtimal olunur. İlkin məlumata görə, İŞİD üzvü olan 18 yaşlı terrorçu-kamikadze qəsəbədəki Amara Mədəniyyət Mərkəzində keçirilən mətbuat konfransının iştirakçısı kimi içəri daxil olub və orada partlayış törədib. Onun meyitinin də hadisə yerində olduğu bildirilir.
Hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyi rəsmən təsdiqlənib.
Partlayış nəticəsində 28  nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilir.
Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayının artacağı ehtimal edilir. Belə ki, xəstəxanalara çatdırılan yaralıların əksəriyyəti ağır vəziyyətdədir. (APA)

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button