Türkiyənin əsas kitabı Azərbaycan Türkcəsində

ataturk13.04.2015

Əvəz Zeynallı həbsxanada tərcümə etdiyi Atatürkün “Nitq”ini çapa hazırlayır “Xural” qəzetinin baş redaktoru, sabiq vicdan məhbusu Əvəz Zeynallı Türkiyə Respublikasının qurucusu böyük Qazi Mustafa Kamal Paşanın ən böyük və yeganə əsəri olan “Nitq”i (“Nutuk”) çapa hazırlayır.

Bu haqda mətbuata açıqlama verən Əvəz Zeynallı kitabın Türkiyə Respublikasının quruluş tarixinin ildönümünə – 29 oktyabra qədər işıq üzü görməsinə çalışacağını bildirib. “Bu kitab Atatürkün ən böyük əsəri olmaqla yanaşı, həm də dünya tarixinin unikal kitablarından biridir. Dünyanın taleyini dəyişdirən kitablar var – Atatürkün bu əsəri də o kitablardandır. O, sanki müasir Türkiyənin quruluşunun gündəliyini yazıb. Günə-gün, saata-saat Türkiyənin qurtuluşunun tarixini göstərib” – Əvəz Zeynallı belə deyir. Kitabı həbsxanada – 10 saylı Cəzaçəkmə Müəssisəsində tərcümə etdiyini deyən jurnalist bildirib ki, əlyazma şəklində olan “Nitq”in təxminən yarısı elektron hala salınıb və işlər sürətlə davam etməkdədir. Əvəz Zeynallı onu da deyib ki, Atatürkün bu kitabı hələ də Azərbaycan Türkcəsində yoxdur: “Maraqlı bir hadisədir. Mən Adolf Hitlerin də kitabını tərcümə etmişəm dilimizə və o tərcümə böyük skandala səbəb olmuşdu. Mənə cinayət işi belə açmışdılar. Deyək ki, Hitler faşist və diktator olduğu, insanlığın düşməni kimi tanındığı üçün onun kitabını dilimizə çevirməyiblər və tutaq ki, buna Kreml də təkan verib. Bəs Atatürk? O ki qardaş Türkiyənin qurucusu olub? Ona ki xüsusi qadağa olmayıb? Deməli, biriləri bu millətin böyük əsərləri oxumasını istəməyiblər? Bəs Atatürkün kitabı niyə 95 ildir tərcümə və çap olunmayıb? Çalışmışam o boşluğu qaldıram və bu qadağaya son verəm.” Əvəz Zeynallı Atatürkün kitabının xüsusi dizaynla, özəl fotolarla və müasir nəşriyyat standartlarına cavab verəcək şəkildə çap olunacağını, əsərin səsləndiriləcəyini və disk formasında kitaba daxil ediləcəyini də sözlərinə əlavə etdi.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

  1. Az qala bu günkü türkiyə dahi Atatürkü tərcümə llə başa düşə. Bu ərəfədə əvəz Zeynallının Atatürkün “nitq”inin tərdüməsi deyərdim hələ gecikmiş tərcümədir . Dövlətimizin aidiyatı olan təşkilatlarımızın başı dünya məsəlilərinə qarışdığından bu işi onların əvəzindən, həm də həbsdə bacaran Əvəz seynallıya ürəkdən minnərdaram

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button