Türkiyənin baş qərargah rəisi Azərbaycana gəlib (yenilənib)

04.02.2012

Türkiyənin baş qərargah rəisi – ordu generalı Necdet Özel fevralın 7-də Azərbaycana rəsmi səfərə gəlib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində N. Özəlin Azərbaycanda bir sıra görüşləri planlaşdırılır.

N. Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyaban, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, həmçinin Müdafiə Nazirliyində olacaq.
Səfər çərçivəsində N. Özəlin Azərbaycanın hərbi qurumlarının rəhbərləri ilə, həmçinin Azərbaycan prezidenti və baş naziri ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, bu ordu generalı N. Özəlin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir. Bundan əvvəl, o, 2011-ci ilin yanvar ayında, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı olarkən Bakıya səfər etmişdi.

Necdet Özelın səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Səfər fevralın 9-dək davam edəcək.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button