Türkiyənin halı pərişan

yahya

Prof.Dr. Yəhya Daşdələn

Ankaradan məxsusən “Xural” qəzeti üçün

Sanki bir əlimiz yağda, bir əlimiz balda yaşayırıq. Sanki bizlər vəhşi kapitalizmin məhkumları deyilik. Sanki bizlər ölümcül materializmin sürünənləri deyilik. Sanki bu ölkənin insanları arasında oğru, fırıldaqçı, vicdansız və hətta namus düşmənı yoxdur. Sanki bu ölkənin bütün əhalisi süddən çıxan ağ qaşıq kimidir… Atatürkün gözəl dünyəvi cümhuriyyəti, 1600 il gerilərə götürülərək, ağılsız adamlar tərəfindın çarşaf altına salınaraq və hətta qanlı terror qaynağı halına gətirilmişdir. Aman haa, Azərbaycanda cümhuriyyət rejimini ortadan qaldırmaq və şəriətə keçmək kimi axmaqlıq etməyəsiniz. Bu, bir ideoloji yanlışdır. Pırıl-pırıl parlayan Atatürk cümhuriyyəti, bir şəxsin kaprizləri naminə fəlakətə sürüklənməkdədir. Sanki biz indi siyasi deformasiyaya uğramışıq. Bu pərişan halımızı sizlər hər gün ibrətlə seyr edirsiniz və əminəm ki, Türkiyəyə yazığınız gəlir. Allahınıza şükür edin! Şükür edin, ey azərbaycanlı qardaşlarım! Biz bir siyasi böhrana girdik ki, Allah sonumuzu xeyirli etsin. Ankaradakı terrorist hücum, qətliam ölkəmizdə vulkan gibi partladı. Bunu da bilin ki, 78 milyonluq Türkiyə daxili və xarici təhlükənin tam ortasına düşüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button