Türkiyənin İzmir şəhərində 86 nəfər tutulub

Onların arasında keçmiş vali də var.

Türkiyənin İzmir əyalətinin Menemen rayonunda yerləşən Gediz Universitetinin 86 müəllimi həbs edilib.

Onlar Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində tutulublar.

Həbs olunanlar arasında professorlar və İzmir əyalətinin keçmiş valisi Cahit Kıraç da var.

Əməliyyatı İzmir əyaləti Prokurorluğunun təlimatı əsasında Maliyyə cinayətlərinə qarşı mübarizə şöbəsinin əməkdaşları keçirib.

Siyahıda 101 şübhəlinin adı olub, ancaq bəziləri xaricə qaçıb.

Məlumata görə, Gediz Universiteti FETÖ-nün başçısı Fətullah Gülənin əsas dayaqlarından sayılır. Bu təhsil ocağı Menemen rayonunun Seyrek şəhərciyində yerləşən vəqf universitetidir.

report.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button