Türkmənistanda prezident seçkiləri baş tutmuş sayıldı

12.02.2012 

Türkmənistanda bu gün prezident seçkiləri keçirilib. Prezident postu uğrunda 8 namizəd, o cümlədən ölkənin hazırkı prezidenti Qurbanqulı Berdımuhammedov mübarizə aparıb.

Ölkə ərazisində seçicilərin 70 faizə yaxını səsvermədə iştirak edib, bununla da seçkilər baş tutmuş hesab edilib. Bu Berdimuməhhəmdov üçün ikinci altenativ yəni rəqabətli prezident seçkisidir. İlk alternativ seçki isə 2007-ci ildə, Türkmənistanın ilk prezidenti Saparmurat Niyazovun ölümündən sonra baş tutmuşdu.

Xatırladaq ki, Saparmurat Niyazov ömürlük prezident elan edilmişdi. Hazırda Türkmənistan konstitusiyasına görə, prezident 5 il müddətinə seçilir.

Namizədlər arasında elə hazırki prezidentin yenidən seçilmək şansının böyük olduğu bildirilir. Onun hakimiyyəti illərində Türkmənistanın dövlət siyasətində bəzi dəyişikliklər həyata keçirilib. Siyasi müşahidəçilər hesab edir ki, Berdımuhhamrdov Saparmurat Niyazovun dövründə çiçəklənən şəxsiyyətə pərəstişin məhdudlaşdırılmasına yönəlmiş dəyişikliklər həyata keçirib. Berdımuhammedov öz ad gününün ümummilli səviyyədə qeyd edilməsindən imtina edib, onun regionlara səfəri münasibətilə mütləq konsertləri, eləcə də dövlət işçilərinin, tələbə və şagirdlərin prezidentə sadiqlik andını ləğv edib.

Qeyd edək ki, Türkmənistan müstəqillik əldə etdikdən sonra ilk dəfə prezident seçkilərinə beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in müşahidəçiləri dəvət olunub. ATƏT isə, öz növbəsində, Türkmənistandan hələ də hüquq və azadlıqların məhdudlaşdırıldığını, siyasi rəqabət prinsipinin isə mövcud olmadığını bəyan edərək, seçkilərə müşahidəçi göndərməkdən imtina edib.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button