Turqut Qəmbər buraxıldı

Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsinin qarşısında saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər artıq sərbəst buraxılıb. Bu barədə T.Qəmbər facebook profilində məlumat verib. Musavat.com xəbər verir ki T.Qəmbər aşağıdakı statusu yazıb: “Dostlar, indicə buraxıldım, hər şey qaydasındadır” 
T.Qəmbərlə birlikdə təşkilatın üzvü İsmi Şahzədə də mülki geyimli şəxslər tərəfindən saxlanılmışdı. Hər iki NİDA-çı avqustun 12-də saxlanılan hərəkat üzvü Elgiz Qəhrəmanın apellyasiya şikayəti ilə bağlı məhkəmə binasının önündə olublar. Onları saxlayan mükli geyimli şəxslər özlərini təqdim etməyiblər.
T.Qəmbərin hansı səbəbdən saxlandığı bəlli deyil. Mövzunu davam etdirəcəyik.
 
T.Qəmbər musavat.com-a açıqlamasında bildirib ki, onun saxlanması həbsdəki NİDA-çı Elgiz Qəhrəmanlının işi ilə bağlı olub. O, yaxın dəqiqələrdə bu haqda detallı bilgi verəcəyini açıqlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button