Üç il sonra Rail Rzayevin qətlinin üstü açılmayıb

Rail Rzayev

12.02.2012

2012-ci il fevralın 11-də Azərbaycan HHQ və HHM komandanı, general-leytenant Rail Rzayevin qətlindən üç il ötür. O, səhər saatlarında evinin yaxınlığında xidməti maşınında qətlə yetirilib. Hərbi Prokurorluq qətl barədə cinayət işi açıb, amma cinayətin üstü hələ də açılmayıb.

Bu işdə çox sayda qəribəliklər var. Belə ki, indiyədək hakimiyyət bu cinayətin versiyalarını və səbəblərini müəyyən etməyib. Hətta generalın hansı silahdan vurulduğu və atəşin haradan açıldığı barədə belə məlumat verilmir. Bir neçə saat sonra general, müdafiə nazirinin müavini dəfn edilib və heç bir təntənəli vida mərasimi olmayıb (hərbi zabitlər və əməkdar insanlar üçün nəzərdə tutulur). Dövlət başçısı qətl günündə xaricdə idi. Vətənə dönərkən Əliyev bu qətli pislədi və mütləg açilacagini bildirdi.

Tezliklə generalin adyutantı Anar Həşimov, onun köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev də həbs edildilər. Onlar uzunmüddətli həbs cəzalarına məhkum elundular. Onlar generalın iş kabinetində böyük miqdarda pul və qızıl oğurlamaqda ittiham olunublar.

Eyni zamanda, heç kim zabitin iş seyfində 200 min avro və bir yığın qızıl məmulatların olmasının səbəbini açıqlaya bilmədi.

Müstəqil mənbələr Rzayevin qətlinə silah alqısı və ya HHQ-dən kommersiya məqsədilə qanunsuz istifadə, xüsusən, ağır İL-76 təyyarələri ilə yüklərin daşınması üzrə korrupsiya sxemində əli olmasının səbəb ola biləcəyini güman edirlər.

Bununla belə, ictimaiyyət bütün bu suallara cavab almayıb.

Rail Rzayev 1992-ci ildə Azərbaycan HHM qüvvələri yarandığı andan bu qüvvələrə rəhbərlik edib, iki il sonra isə o, eyni zamanda HHQ-nin rəhbəri olub.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button