Üç yaşı var, bilyardı sökür – VİDEO

Bu uşaq sanki dünyaya bilyardçı olara gəlib.

İrlandiyada 3 yaşlı uşağın bilyard daşlarını ustalıqla səbətə salması dünyann dörd bir yanında maraqla qarşılanıb.  Adam adlı azyaşlının boyu bilyard masasına çətinliklə çatsa da, onun heç bir zərbəsi hədəfdən yayınmır.

Əlbəttə, uşağın boyu kifayət qədər balaca olduğundan, o bəzi zərbələri endirə bilmək üçün ayağının altına plastik qab qoymalı olub. Bununla belə, boyunun kiçik olması, onun sərbəst və sərrast şəkildə zərbə endirməsinə mane olmur. 3 yaşında bu cür dəqiq zərbələr endirən Adamın gələcəkdə dünyanın ən güclü bilyardçılarından biri olacağına demək olar ki, şübhə qalmır.

Təsadüfi deyil ki, bu uşaq bilyard oynamağa 1 yaşından başlayıb. O ilk zərbələrini ya bilyard masasının üstündə dayanaraq, ya da atasının qucağında endirməyə başlayıb. Əlifbanı öyrənmədən, necə bilyard oynamağın  sirrlərini öyrənməyə çalışıb.

Adamın bu görüntüləri qısa zamanda dünya miqyasına yayılıb. 3 yaşlı bilyardçının göstərdiyi bacarıq milyonlarla izləyicinin rəğbətini qazanıb.

ATV.az

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button